UFC azərbaycanlı idmançı barədə film çəkdi - VİDEO
15.02.2023 - 23:53
UFC azərbaycanlı idmançı barədə film çəkdi - VİDEO

ABŞ-ın məşhur UFC təşkilatı azərbaycanlı MMA idmançısı Nazim Sadıxov barədə film çəkib.

Apasport.az saytının məlumatına görə, filmin bu gün çıxan ilk hissəsində Nazimin ABŞ-dakı həyatı, UFC-yə necə düşməsi, vətəni Azərbaycana ilk gəlişi və s. məsələlər görüntüyə alınıb.

Qeyd edək ki, 28 yaşlı Nazim Sadıxov UFC-də debütünü fevralın 18-də edəcək. O, ABŞ-ın Las Veqas şəhərində keçiriləcək "UFC Fight Night 219" turnirində yerli idmançı Evan Elderlə döyüşəcək.

writer photo
Əlirza Əlirzalı
0