Van Basten: “O, əsl ağlayan uşaqdır”
11.10.2022 - 12:09
Van Basten: “O, əsl ağlayan uşaqdır”

Əfsanəvi niderlandlı futbolçu Marko van Basten Braziliya yığmasının hücumçusu Neymar barədə qeyri-adi açıqlama verib.

Apasport.az saytının məlumatına görə, “Ayaks” və “Milan”ın sabiq hücumçusu PSJ-nin forvardını tənqid edib.

Onun fikrincə, Neymar rəqibləri qəzəbləndirməkdə mahirdir: “Neymar əsl ağlayan uşaqdır. O, daim təxribat törədir. Bir saniyəyə kimisə qəzəbləndirir. Ona toxunmağa icazə yoxdur. Meydanda xoşagəlməz bir insandır”.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0