Kerjakov Qazaxıstan klubundan ayrılıb
03.09.2024 - 11:28
Kerjakov Qazaxıstan klubundan ayrılıb

Qazaxıstanın “Kayrat” klubunun rusiyalı baş məşqçisi Aleksandr Kerjakov postunu tərk edib.

Apasport.az Almatı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, A.Kerjakov mayın sonundan "Kayrat"a rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. "Kayrat" 18 oyundan sonra 32 xalla Qazaxıstan çempionatında turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0