Vaqif Cavadov: "İlk qələbəmiz Estoniya ilə matçda olacaq"
10.10.2024 - 13:02
Vaqif Cavadov: "İlk qələbəmiz Estoniya ilə matçda olacaq"

"Sabah millinin Estoniyadan xalla dönəcəyinə çox inanıram". 

Bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov deyib. 

O, Estoniya - Azərbaycan matçından gözləntilərini bölüşüb: "Komandamızdan yaxşı oyun gözləyirəm. İnanıram ki, millimiz 3 xal qazanaraq azarkeşləri sevindirəcək. Buna inamım çoxdur. Uşaqlara uğurlar arzu edirəm. İnanıram ki, ilk qələbəmiz Estoniya ilə matçda olacaq. Komandamız inşallah yaxşı əhval-ruhiyyədə evə dönüb növbəti oyuna hazırlaşacaq və istənilən nəticəni əldə edəcək".  

Veteran futbolçu həmçinin Fernandu Santuşun rəhbərliyi ilə İsveç və Slovakiyaya qarşı keçirilən oyunları dəyərləndirib: "Hər iki oyunda da qələbə qazana bilərdik. Amma təəssüf ki, alınmadı. Buna baxmayaraq, Santuş millidə yaxşı işlər görərək bizləri sevindirəcək. İnanıram ki, Santuşun Azərbaycan futboluna xeyri dəyəcək".

Qeyd edək ki, Millətlər Liqasının III turunda komandamız bu gün Estoniya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Nərmin Vüqarqızı

writer photo
Əlirza Əlirzalı
0