VAR sistemi ilk turdan fəaliyyətə başlayacaq
15.07.2022 - 15:25
VAR sistemi ilk turdan fəaliyyətə başlayacaq

“VAR sistemi I turdan fəaliyyətə başlayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O bildirib ki, ilk turdan çempionatda VAR sistemi tətbiq ediləcək: “Sistemin rəhbəri də türkiyəli Barış Şimşek olacaq”.

Qeyd edək ki, Premyer Liqanın 2022/2023 mövsümünün I turunun oyunlarına avqustun 5-də start veriləcək. 

writer photo
Əlirza Əlirzalı
0