“Viktoriya” - “Qarabağ”: Kim şanslıdır?
23.08.2022 - 16:37
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Viktoriya” (Çexiya) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Plzen təmsilçisini matçın favoriti sayırlar.
Bu gün “Duşan Arena”da baş tutacaq matçda “Viktoriya”nın qələbəsi 2,15, “Qarabağ”ın uğuru 3,38 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,36 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0