Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası Avropa Konfrans Liqasında mübarizədən kənarda qalıb.
Apasport.az saytı xəbər verir ki, “Eqnatiya” penalti seriyasında uduzub.
Səfərdə “Ararat”la heç-heçə (1:1) oynayan Vüsalın komandası öz meydanında rəqibin müqavimətini qıra bilməyib. Cavab matçının start heyətində meydana çıxan İsgəndərli 62 dəqiqə oynayıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın 120 dəqiqəsi 4:4 hesabı ilə başa çatıb. Penalti zərbələri seriyasında daha dəqiq olan qonaqlar mərhələ adlayıblar.
Qeyd edək ki, Vüsal Ermənistanda keçirilən ilk oyunda meydana sonradan daxil olmuşdu.
Vüsalın komandası penalti seriyasında uduzdu
21.07.2023 - 01:02
0
0