Xəzərdə TEST
05.12.2022 - 13:08
Xəzərdə TEST

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) avarçəkmə ənənələrinin bərpasını davam etdirir. 

AKAF-dan apasport.az saytına verilən məlumata görə, bölgələrdə avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edən qurum bu dəfə Xəzər dənizində test yürüşü keçirib. 

Federasiya yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkilini planlaşdırır ki, bunun nəticəsində də Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq. Paytaxt Bakıda əhalinin daha çox yaşadığını nəzərə alsaq bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq. 

Qeyd edək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.
 

writer photo
Əlirza Əlirzalı
0