Yarım xal – UEFA reytinqi
15.09.2022 - 22:45
Yarım xal – UEFA reytinqi

Azərbaycan UEFA reytinqində yarım xal qazanıb.

Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının II turunun “Qarabağ” – “Nant” matçı səbəb olub.

Azərbaycan çempionu 3:0 hesabı ilə qalib gəlib. Bu ölkə reytinqinə əlavə 0,500 xal gətirib.

Bununla da mövsümün qazancı 2,500-ə yüksəlib. Son 5 ildə hesablanan əmsalımız 15,125-ə çatıb.

Qeyd edək ki, Azərbaycan cədvəldə 29-cu pillədə qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0