Artetanın istəyi
30.08.2022 - 22:51
Artetanın istəyi

“Arsenal” heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin və “Vilyarreal”ın hücumçusu Yeremi Pino London klubuna keçməyə yaxındır.

Bu transferi “topçular”ın baş məşqçisi Mikel Arteta istəyib. La Liqa klubu 19 yaşlı futbolçusu üçün 45 milyon avro tələb edir.

Qeyd edək ki, Pino ötən mövsümün 40 matçında 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0