Azərbaycan millisi iyunda keçiriləcək yoldaşlıq oyunlarına üç itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamızın zədəli oyunçuları Macarıstanda baş tutacaq matçları buraxmalı olacaq.
Yarımmüdafiəçilər Eddi İsrafilov, Filip Ozoviç və hücumçu Renat Dadaşov bu üzdən komandanın heyətindən kənar düşüblər. Sonuncu mikrozədədən əziyyət çəkir. O, indidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır olsun.
Eddi Premyer Liqanın son turundakı oyuna iynələrin köməkliyi ilə çıxıb. Buna matçın “Neftçi” üçün böyük önəm daşıması səbəb olub. Onun kimi zədəsi olan Ozobiç də Albaniya və Qazaxıstanla qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, millimiz iyunun 7-də və 11-də keçiriləcək görüşlərin hazırlığına mayın 30-da başlayacaq.