Yığmamız qol HƏSRƏTİNDƏ
22.03.2023 - 13:43
Yığmamız qol HƏSRƏTİNDƏ

Azərbaycan millisi 2023-cü ildə ilk oyununu bu həftə keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə başlayacaq.

Canni de Byazinin yetirmələri ilk sınaqda Avstriya ilə görüşəcək. Matç martın 24-də baş tutacaq.

Bu, komandamızın həmin tarixdəki 4-cü görüşüdür. Novruz bayramından üç gün sonra keçirilən əvvəlki üç qarşılaşma uğursuzluqla nəticələnib. Qola həsrət qalan yığmamız bir heç-heçə edib və 2 dəfə uduzub.

Millimiz martın 24-də:
24 mart 2001. Bakı. DÇ-2002-nin seçmə oyunu. Azərbaycan – Moldova – 0:0
24 mart 2007. Varşava. AVRO-2008-in seçmə oyunu. Polşa – Azərbaycan – 5:0
24 mart 2021. Turin (İtaliya). DÇ-2022-nin seçmə oyunu. Portuqaliya – Azərbaycan – 1:0

writer photo
Əlirza Əlirzalı
0