Yığmaya inanan Həsənzadə “Top-5” liqalarını arzulayır - MÜSAHİBƏ
29.03.2023 - 15:31
Yığmaya inanan Həsənzadə “Top-5” liqalarını arzulayır - MÜSAHİBƏ

Latviyanın "Dauqavpils" klubunda çıxış edən Nazim Həsənzadənin apasport.az saytına müsahibəsi

- Azərbaycan U-21 yığmasının heyətində Antalya toplanışında iştirak etdin. Toplanış ümumi olaraq necə keçdi? Ümumiyyətlə, yığmadan dəvət gözləyirdin? 
- Toplanışımız əla keçdi. Hər şey yaxşıdır. Bəli, millidən dəvət gözləyirdim. Çünki yığmanın məşqçiləri daim bizi nəzarətdə saxlayırlar. Həmişə maraqlanırdılar. 

- Dəvətin gəlməsinin əsas səbəbi Latviyada legioner həyatı yaşamağındır? Azərbaycanda qalsaydın, bu mümkün idi?
- Mən elə fikirləşmirəm. Çünki bizim hər oyunumuz məşqçilər heyəti tərəfindən izlənilir. Azərbaycanda oynayanda da dəvət göndəriblər. Məşqçilər heyətimiz km layiqdirsə, onları da milliyə çağırır.

- Albaniyaya uduzdunuz, Sloveniyaya qalib gəldiniz. Hansı görüş sizin üçün daha yaxşı alındı? Səncə, hansı matçda yaxşı oynadınız?
- Biz yeni komandayıq. Bizə bir az da uyğunlaşmağa vaxt lazımdır. Belə yoldaşlıq oyunlarında bu uyğunlaşma prosesi daha da sürətləndirir. Hər iki oyunda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Həm Albaniya, həm də Sloveniyaya qarşı yaxşı oynadıq. Albaniya ilə oyunda əldə etdiyimiz qol epizodlarını dəyərləndirə bilmədik. Sloveniya ilə qarşılaşmada isə hər şey yaxşı alındı.

- Sloveniya üzərində qazanılan qələbə komandanın özünəinamını artıracaq? 
- Əlbəttə ki, belə olacaq. Bu qələbə bizim üçün çox vacib idi. Çünki yeni komandayıq. Hər şeyin daha yaxşı olacağına inanırıq.

- Ümumiyyətlə, hazırkı yığma komandanın gücünü necə görürsən? Yeni tsikldə U-21 yığması qrupdan çıxmaq uğrunda mübarizə apara bilər?
- Mən komanda yoldaşlarıma güvənirəm. Qarşıda bizi çətin oyunlar gözləyəcək. Canla-başla oynayıb qrupdan çıxmaq uğrunda mübarizə aparacağıq və buna inanıram.

- Latviyada oynamaq sənə hansı üstünlükləri qazandırıb? Səncə Legioner həyatı yaşamağın artırmağına səbəb olub?
- Burada oynayıb özümü göstərib daha yaxşı yerlərdə oynamaq istəyirəm. Avropanın “Top-5” liqalarında oynamaq və ölkəmi fəxrlə təmsil etmək niyyətindəyəm.

writer photo
Əlirza Əlirzalı
0