Yığmaya yeni futbolçu: Emil Mustafayev milliləşdirilir
27.09.2023 - 11:55
Yığmaya yeni futbolçu: Emil Mustafayev milliləşdirilir

Ukraynanın "Polesye" klubunda çıxış edən Emil Mustafayev Azərbaycan millisində oynamağa yaxındır.

Apasport.az saytına verilən məlumata görə, AFFA Mustafayevi dərhal milliləşdirmək niyyətindədir. Ukrayna çempionatında oynayan Mustafayev özü də millimizin formasını geyinməyə razıdır. Yaxın vaxtlarda məsələnin birdəfəlik həll ediləcəyi və Mustafayevin Azərbaycan millisinə cəlb olunacağı gözlənilir. 

Qeyd edək ki, futbolçunun komandası hazırda Ukrayna çempionatında 4-cü pillədədir. Mustafayevin Ukraynanın əsas millisində oynamaq şansı olsa da o, Azərbaycan yığmasından yana seçim edib. Futbolçu həm də U-21 yığmamızın sabiq üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0