Yuri Maksimov: “Azərbaycandan təklif almışam”
18.06.2022 - 12:03
Yuri Maksimov: “Azərbaycandan təklif almışam”

“Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimovun yenidən Azərbaycanda çalışmaq variantı olub.

Apasport.az saytının məlumatına görə, bunu ukranalı mütəxəssis özü açıqlayıb.

54 yaşlı çalışdırıcı yenicə istefaya göndərildiyi “Vorskla”dan ayrılığı barədə danışarkən Ukraynada qalmaq üçün Azərbaycandakı təklifi qəbul etmədiyini söyləyib: “Azərbaycandan təklif var idi, amma nəyisə bəyənmədim. Başa düşürəm ki, müharibə gedir, ölkəni tərk etmək doğru deyil. Mən Ukraynadakı işimi davam etdirmək istərdim. Amma nə olacağını zamanla görəcəyik”.

Qeyd edək ki, Yuri Maksimov 2017/18 mövsümünün ikinci yarısında “Keşlə”ni çalışdırıb və Azərbaycan kubokunu qazanıb.

writer photo
Əlirza Əlirzalı
0