"Zirə" 2 futbolçu ilə müqavilə imzaladı
13.06.2024 - 13:36
"Zirə" 2 futbolçu ilə müqavilə imzaladı

"Zirə" iki futbolçu - İsmayıl İbrahimli və Rüstəm Əhmədzadəni daha birillik icarəyə götürüb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”a məxsus futbolçular növbəti mövsümün sonuna qədər Bakı klubunda çıxış edəcəklər.

Qeyd edək ki, "Zirə" daha əvvəl Dimitrios Çantakias, İlkin Muradov, Sezar Meza Kolli, Vladislav Kulaç və Rəhim Sadıxovla vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0