“Zirə” Fil Dişi Sahilindən müdafiəçi gətirdi
01.08.2023 - 14:46
“Zirə” Fil Dişi Sahilindən müdafiəçi gətirdi

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Stefan Akanı heyətinə qatıb. 

32 yaşlı müdafiəçiylə 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın  “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitat Krayova 1948”, “Unversitat Krayova”, Türkiyənin “Erzurumspor”, İsrailin “İroni Kiryat Şimona” və “Sektzia Ness Ziona”  klublarının şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0