“Zirə” milli üzvünə elçi düşdü
10.06.2023 - 15:12
“Zirə” milli üzvünə elçi düşdü

“Zirə”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu U-21 millimizin üzvü Murad Vəliyevi heyətinə qatmağa qərar verib.

Baş məşqçi Rəşad Sadıqov 21 yaşlı hücumçunu sərəncamında görmək istəyir. Estoniyada “Levadiya”nın formasını geyinən forvardın qəsəbə klubunun ön xəttini gücləndirəcəyi gözlənilir. Murad da karyerasını Zirənin eyniadlı klubunda davam etdirməyə razılıq verib.

Qeyd edək ki, Vəliyev 2023-cü il mövsümündə Estoniya çempionatında 15 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0