Ziyeç "Çelsi"yə QAYIDA BİLƏR
07.01.2024 - 17:23
Ziyeç "Çelsi"yə QAYIDA BİLƏR

"Qalatasaray" mövsümün əvvəlində "Çelsi"dən heyətinə qatdığı Hakim Ziyeç ilə yollarını ayıra bilər. 

Apasport.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Sarı-qırmızılıların böyük ümidlərlə transfer etdiyi ulduz futbolçu indiyə qədər gözləntiləri doğrulda bilməyib.

Məlumata görə, Ziyeç qışda "Çelsi"yə qayıda bilər. Baş məşqçi Maurisio Poçettino yanvarda mövsümün əvvəlində icarə əsasında ayrılan bəzi futbolçuları geri çağıra biləcəyi qeyd edilib. Bu siyahıda Hakim Ziyeçin də adının olduğu qeyd edilib.

“Qalatasaray” qəbul edərsə, Ziyeçin yanvarda yenidən İngiltərə klubuna gedəcəyi bildirilib.

 

 

.

writer photo
Əlirza Əlirzalı
0