“Zirə”dən yeni transfer
11.02.2023 - 19:33
“Zirə”dən yeni transfer

“Zirə” yeni futbolçu ilə müqavilə imzalayıb. 

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Eldar Quliyevlə anlaşıb. 

20 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü olan Azərbaycan əsilli Quliyev daha əvvəl ölkəsində “Mariupol” və “Minay”ın şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0