Ronaldo bağışlanıldı
25.10.2022 - 17:01
Ronaldo bağışlanıldı

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo düşərgəyə qaytarılıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi tərəfindən “Tottenhem”lə görüşdən sonra komandadan uzaqlaşdırılan superulduz yenidən məşqlərə başlayıb.

37 yaşlı oyunçu Erik ten Haqın rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsində “Şerif”lə keçiriləcək oyunun hazırlıq prosesinə qoşulub. Bu görüş oktyabrın 27-də baş tutacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo “Tottenhem”lə matçın (2:0) sonlarında stadionu icazəsiz tərk etdiyi üçün “Çelsi” ilə sonrakı (1:1) qarşılaşma öncəsi heyətdən uzaqlaşdırılmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0