"Zirə"nin avrokuboklardan əldə etdiyi gəlir bəlli oldu
16.08.2024 - 14:23
"Zirə"nin avrokuboklardan əldə etdiyi gəlir bəlli oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Zirə" Avropa futbol qurumundan 750 min avro alacaq.

Apasport.az xəbər verir ki, "qartallar" III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırmaqla buna nail olub. 

Bununla yanaşı, "Zirə" II təsnifat mərhələsində çıxış etdiyi üçün təxminən 350 min avro, III təsnifat mərhələsinə yüksəldiyi üçün isə daha 550 min avro qazanmışdı.

"Qartallar" Avropa Liqasının I turunda oynadığı üçün də 150 min avro mükafat almışdı. 

Beləliklə, Konfrans Liqasındakı yeganə təmsilçimiz ümumilikdə cari mövsüm avrokuboklardakı çıxışına görə təxminən 1.8 milyon avro qazanıb. 

Qeyd edək ki, komandamız Xorvatiya klubu ilə səfərdə 1:1 bərabərliyə sevinmişdi. Cavab oyununda isə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda hesab dəyişməsə də, penaltilər seriyasında "Zirə" 2:1 hesablı qələbə qazanaraq pley-offa vəsiqə qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0