"Zirə"nin gözü "Kəpəz"in ulduzunda
18.03.2024 - 16:58
"Zirə"nin gözü "Kəpəz"in ulduzunda

“Zirə” yeni mövsüm üçün transfer işləri barədə planını qurur.

Apasport.az saytına etibarlı mənbədən verilən məlumata görə, qəsəbə təmsilçisi heyətini daha çox Premyer Liqadan tanıdığı, digər komandalarda oynayan legionerlərlə gücləndirmək niyyətindədir.

“Zirə”nin yayda heyətinə qatmaq istədiyi legionerlərdən biri artıq məlumdur.

Belə ki, Rəşad Sadıqov “Kəpəz”in braziliyalı futbolçusu Junior Martinşi sərəncamında görmək niyyətindədir.

Mövsüm başa çatan kimi “Zirə”nin Junior üçün hərəkətə keçəcəyi gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0