“Zirə”nin hücumçusu İsrail klubunda
23.08.2023 - 11:40
“Zirə”nin hücumçusu İsrail klubunda

Misli Premyer Liqasının lideri “Zirə” daha bir futbolçu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Qəsəbə təmsilçisi Toni Qomeslə yollarını ayırıb. O, karyerasını İsraildə davam etdirəcək. 

Qomes “Hapoel” (Hadera) klubuna keçib. İki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən hücumçu  İsrail təmsilçisinə transfer olunub. 
 

writer photo
Əlirza Əlirzalı
0