Salah "Liverpul"a dönür
22.01.2024 - 13:25
Salah "Liverpul"a dönür

Məhəmməd Salah Misir millisinin heyətində zədələndiyinə görə İngiltərəyə geri dönəcək.

Apasport.az Misir Futbol Assosiasiyasının bəyanatına istinadən xəbər verir ki, futbolçu zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq.

31 yaşlı futbolçu Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunda Qana ilə qarşılaşmanın ilk yarısında zədələndiyi üçün meydanı tərk edib. 

Misirli forvardın bud əzələsindən zədə aldığı məlum olub. 

Hücumçunun müalicəsini başa çatdırmaq üçün Kabo-Verde matçından sonra İngiltərəyə qayıtması qərara alınıb.

 

writer photo
Əlirza Əlirzalı
0