“İndi danışılası bir şey yoxdur. Məyusuq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin qapıçısı Anar Nəzirov deyib.
Təcrübəli qolkiper Azərbaycan kubokunun “Qarabağ”la oyunu (1:1, p.3:4) barədə fikirlərini jurnalistlərə açıqlayıb: “Qarabağ”ı təbrik edirəm. Əlimdən gələnin yaxşısını etməyə çalışdım. Futbolçularımızın hamısına təşəkkür edirəm. Bura qədər gəlib çıxdıq. “Qarabağ”la 120 dəqiqə başabaş mübarizə apardıq. Qorxmadıq, çəkinmədik. Penaltilər seriyası lotereyadır”.
Nəzirov yenidən yığmaya qayıtmaq perspektivi barədə sualı da cavablandırıb: “Milliyə futbolçuları baş məşqçi seçir. Onun çağırdığı qapıçılara uğurlar arzulayıram. Gənclərə üstünlük versə, daha yaxşı olar”.
- İngiltərə - İran görüşündə 201 əmsalı tutdu – dəqiq hesab
- Konfrans Liqası: Daha 3 oyun
- Orxan Əliyev seçim qarşısında: "Araz-Naxçıvan", yoxsa "Zirə"?
- Vüsal İsgəndərli: "Boluspor"dan ayrılsaydım da, Azərbaycana qayıtmayacaqdım" - MÜSAHİBƏ
- Bəxtiyar Həsənalızadə: "Hədəfim “Tuzlaspor”da qalmaq deyil" – Müsahibə