"Akron"dakı işlərim yaxşı gedir. Təbii ki, mən Rusiya Premyer Liqasında oynamaq istəyirəm. Hazırda da işlərimiz, mübarizəmiz elə bu yöndədir. Ümidvaram ki, Premyer Liqaya vəsiqə qazanacağıq. Bundan əvvəl Azərbaycan Premyer Liqasında oynamışam. Bu liqa ilə birinci divizion arasında fərqə gəlincə, Rusiyada çempionat daha güclü və daha sürətlidir. Amma Azərbaycan futbolunu da çox bəyənirəm. Hər ikisində oynamaq maraqlıdır",
Bu sözləri apasport.az saytına açıqlamasında Nemanya Ancelkoviç deyib. Rusiyanın "Akron" klubunun üzvü, "Zirə"nin sabiq futbolçusu "Sabah" və "Səbail"in onu istəməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. 26 yaşlı müdafiəçi yenidən Azərbaycana qayıtmaq istəyində olduğunu deyib:
"Akron"a kömək olmağa çalışıram. Hər oyunda komanda üçün ən yaxşısını edirəm. Amma Azərbaycandan yaxşı təklif varsa, əlbəttə ki, qayıtmağa hazıram. Çünki mən Azərbaycanda özümü xoşbəxt hiss etmişəm, Bakıda çox yaxşı vaxt keçirmişəm. Gələcəkdə necə olacağını görərik".
Ancelkoviçin "Akron"la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2021-ci ildə "Zlatibor"dan "Zirə"yə keçib və 2023-cü ilə qədər bu komandada çıxış edib.