Zubir, Benzia, Romao qayıtdı, ondan başqa...
07.01.2024 - 12:35
Zubir, Benzia, Romao qayıtdı, ondan başqa...

“Qarabağ” mövsümün ikinci yarısına hazırlığını Suraxanıda yerləşən təlim-məşq bazasında davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, komandanın aparıcı futbolçuları Yassin Benzia, Abdullah Zubir və Julio Romao da Bakıya qayıdıb. Onlar bu gün Ağdam təmsilçisinin məşqlərinə qoşulacaq. 


Lakin bir legioner geri qayıtmağa tələsməyəcək. Belə ki, Adama Diakabi Fransada qalaraq özünə komanda axtarır.

27 yaşlı futbolçu 2023-cü il yanvarın 13-də Azərbaycan çempionu ilə müqavilə imzalayıb. Diakabinin “Qarabağ”la müqaviləsi 2025-ci il iyunun 30-a qədərdir.

Adama özünə komanda taparsa, Ağdam klubu onun azad agent kimi ölkəmizi tərk etməsinə şərait yaradacaq. 

writer photo
Əlirza Əlirzalı
0