Avropa kuboku: "Sabah" Yunanıstan klubuna məğlub olub
16.10.2024 - 21:09
Avropa kuboku: "Sabah" Yunanıstan klubuna məğlub olub

Bu gün Azərbaycan çempionu “Sabah” klubu basketbol üzrə Avropa kubokunun G qrupunda ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, təmsilçimiz evdə Yunanıstanın “Marussi” klubu ilə qarşılaşıb.

Matç Bakı İdman Sarayında baş tutub. "Sabah" birinci periodu üstün bitirib. Sonradan daha yaxşı oynayan qonaq komanda hesabda önə keçib. Yekunda yunanlar 82:70 hesabı ilə qələbə qazanıblar.

Xatırladaq ki, ilk matçda “Sabah” səfərdə “Spira”ya uduzub (81:82), “Marussi” isə evdə “Nörçöppinq” ə qalib gəlib (99:80).

Avropa kuboku
II tur, G qrupu
16 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Marussi” (Yunanıstan) - 70:82 (27:25, 13:16, 13:21, 17:20)
Hakimlər:
 Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya)
Bakı İdman Sarayı

writer photo
Əlirza Əlirzalı
0