"Trabzonspor" "Liverpul"da oynamış serb futbolçunu heyətinə qatdı
14.02.2023 - 22:56
"Trabzonspor" "Liverpul"da oynamış serb futbolçunu heyətinə qatdı

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi "Qaziantep"dən Lazar Markoviçi transfer edib.

28 yaşlı cinah hücumçusu mövsünün sonuna kimi icarə əsasında "Trabzonspor"da çıxış edəcək.

Qeyd edək ki, "Liverpul"un sabiq futbolçusu daha əvvəl Türkiyədə "Fənərbağça"nın formasını geyinib. O, "Partizan", "Benfika", "Hall Siti", "Sportinq" və "Fulhem"də də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0