Dam ustasından əfsanəvi basketbolçuyadək – 5 UDUŞ
16.10.2022 - 17:13
Dam ustasından əfsanəvi basketbolçuyadək – 5 UDUŞ

Mərc oyunları qeyri-adi və böyük uduşlarla zəngindir.

Apasport.az saytı bukmeker kontorlarında diqqətçəkən daha 5 uduşu təqdim edir.

Oliver Kanın sevindirdiyi usta
Dam örtüyü ustası Mik Gibbs 2001-ci ildə Çempionlar Liqasına qeyri-adi mərc edib. O, 15 oyunluq ekspress kuponda həlledici mərhələlərin cütlərini də, həmin qarşılaşmaların nəticəsini də proqnozlaşdırıb. 30 penslə (56 qəpik) risk edən usta 1 milyon 666 min 666-ya bərabər əmsal toplayıb. 14 mərci düz çıxan Mik “Bavariya” ilə “Valensiya”nın görüşündəki penaltilər seriyasının sonunu gözləməli olub. Oliver Kanın qurtarışı ilə 5:4 (əsas vaxt – 1:1) qalib gələn münhenlilər Gibbsə 499 min 999,80 funt (937 min 100 manat) qazandırıb.

Möhtəşəm yeddilik
Darren Yeyts 26 il əvvəl at yarışlarında böyük məbləğ udub. O, 62 funtundan (116,20 manat) keçərək bir çaparın eyni gündəki yeddi yürüşün hamısında qalib olacağına fantastik proqnoz verib. Askotdakı yarışda Frenki Dettorri onun xəyalını çin edib. Proqnozsevər 550 min funta (1 milyon 30 min 810 manat) sahib çıxıb.

Sağ olsun, “Liverpul”
Maltalı proqnozsevər 2011-ci ildə 19 oyunun nəticəsini tapıb. Cəmi 80 penslə (1 manat 50 qəpik) mərc edən adının açıqlanmasını istəməyən better 683738 əmsal toplayıb. Bütün qarşılaşmaları düz tapan maltalı “Liverpul”la “Çelsi”nin görüşünün son saniyələrinə qədər həyəcan içində qalıb. Final fitindən bir dəqiqə əvvəl fərqlənən mersisaydlılar ona 585 min funt (1 milyon 96 min 407 manat) gətirib.

Vudsa inanan better
Ceyms Adduççi qolfda düzgün proznoe verməsi ilə ad çıxarıb. O, cəmi üç il əvvəl Tayger Vudsa 85 min dollarlıq (144 min 500 manat) proqnoz verib. “Masters Victory”də ilk dəfə çempion olan qolfçu onu peşman etməyib. Bu, Ceymsi 1,2 milyon dollar (2 milyon 40 min manat) varlandırıb.

Əfsanəvi basketbolçudan böyük mərc
MBA-nın əfsanələrindən olan Çarlz Barkli böyük məbləğlərə mərcləri ilə tanınır. O, 2002-ci ildə Superboulun finalına 500 min dollar (850 min manat) mərc edib. “New England Patriot” qələbə ilə ona 800 min dollar (1 milyon 360 min manat) qazandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0