Millimiz Ermənistana qarşı
21.07.2024 - 10:00
Millimiz Ermənistana qarşı

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda matça çıxacaq.

Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışda Ermənistanla qarşılaşacaq. Komandamız çempionatı sonuncu yerdə bitirməmək üçün qələbə arzusundadır.

Qeyd edək ki, komandamız yarışda keçirdiyi 5 oyunun hamısında uduzub.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, 19-cu yer uğrunda
21 iyul
14:00. Azərbaycan - Ermənistan

Piteşti İdman Zalı

writer photo
Əlirza Əlirzalı
0