“Tottenhem” “Yuventus”un futbolçusunu alır
18.10.2022 - 22:15
“Tottenhem” “Yuventus”un futbolçusunu alır

“Yuventus”un futbolçusu Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Tottenhem”in maraq dairəsindədir.

London klubu ABŞ yığmasının üzvünü qışda heyətinə qatmağı planlaşdırır. 24 yaşlı futbolçu 2020-ci ildən “Yuventus”dadır.

Makkenni “Şalke”dən əvvəl 4,5 milyon avroya icarəyə götürülüb, sonra 20,5 milyon alınıb. O, cari mövsümün 11 matçında 1 qol vurub.

Qeyd edək ki, futbolçunun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 

writer photo
Əlirza Əlirzalı
0