"Neftçi" yenə məğlub oldu
01.02.2025 - 14:55
Azərbaycan Basketbol Liqasının XIII turunda NTD "Neftçi"yə qalib gəlib.
Apasport.az xəbər verir ki, A qrupunun oyununda birincilər 105:100 hesablı qələbəyə sevinib.
Bu gün B qrupunda Şəki" "Sumqayıt"la üz-üzə gələcək. Şəki Olimpiya İdman Kompleksindəki matç 14:00-da start götürəcək.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" isə "Sabah"ı 67:59 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
0
0