Azərbaycan Basketbol Liqasının "Neftçi" - "Sabah" matçından sonra qonaqların baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
“Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım. Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik.
“Spirou” ilə qarşıdakı avrokubok oyununa gəlincə, Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdır. “Maroussi”dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Lakin biz də azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk”.
Qeyd edək ki, Azərbaycan çempionu 93:75 hesabı ilə qələbə qazanıb.