“Sabah” ilk oyunda məğlub olub
18.10.2023 - 23:05
“Sabah” ilk oyunda məğlub olub

“Sabah” basketbol klubu Avropa kubokunun qrup mərhələsində ilk oyununu keçirib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu səfərdə uduzub.

Monteneqroda “Mornar”ın qonağı olan “Sabah” 5 xal fərqi ilə uduzub. Oyunun gedişində hər iki komanda üstünlük qazansa da, sona yaxın meydan sahibləri daha dəqiq oynayıblar. “Mornar” 80:75 hesabı ilə qələbə qazanıb.

Avropa kuboku
D qrupu
1-ci tur 

“Mornar” (Monteneqro) – “Sabah” (Azərbaycan) – 80:75
 

writer photo
Əlirza Əlirzalı
0