"Benfika"da yeni baş məşqçi
06.09.2024 - 11:59
"Benfika"da yeni baş məşqçi

Portuqaliya klublarından “Benfika”nın yeni baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, komandanın sükanı Bruno Lageyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Lage bu postda bir müddət əvvəl istefaya göndərilən Rocer Şmidti əvəzləyib.

Mütəxəssis daha əvvəl 2019/20 mövsümündə “Benfika”ya rəhbərlik edib.

writer photo
Əlirza Əlirzalı
0