"Barselona"nın baş məşqçisi Xavi Robert Levandovskinin cəzasının dayandırılmasını şərh edib.
Apasport.az xəbər verir ki, "Barselona"nın hücumçusu La Liqada "Osasuna" ilə oyunda qırmızı vərəqə alıb. Həmin oyundakı davranışına görə o, 3 oyunluq cəzalandırılıb.
Kataloniya klubu Madridin mərkəzi məhkəməsinə müraciət edib və o, bu mübahisə ilə bağlı yekun qərar qəbul edilənə qədər cəzanın başlanmasını təxirə salıb. Beləliklə, Levandovski "Espanyol"la sabahkı oyunda iştirak edə biləcək.
“Biz bunu məşqin sonunda bildik. Hazırlıq prosesində Levandovskinin oynamayacağını düşünürdük. Belə xəbərləri belə gec öyrənmək ən yaxşı seçim deyil. Biz buna görə təəccüblənirik, amma xoşbəxtik. Cəza ədalətsiz idi və edilən hərəkətlə uyğun gəlmirdi.
"Espanyol"un məyusluğunu başa düşürəm. Gəlin görək, hər şey necə bitəcək. Ümid edirik ki, cəza azalacaq”, – “Barselona”nın baş məşqçisi bildirib.