Bu il keçiriləcək dünya çempionatında komandaların çempion olma ehtimalı dəyərləndirilib.
Apasport.az saytının məlumatına görə, 32 yığmanın hamısının titul qazanmaq şansı araşdırılıb.
Son dünya çempionu Fransa bu dəfə də titula hamıdan yaxın görünür. “Üçrənglilər”in qızıl medallara sahib çıxmaq şansı 17.93 faizə bərabərdir. İkinci pillədə Braziliya qərarlaşıbsa, ilk “üçlüy”ü İspaniya qapayır.
Ümumiyyətlə, yalnız 3 komandanın çempion olmaq ehtimalı yoxdur. Bunlar Kamerun, Səudiyyə Ərəbistanı və Kosta Rikadır. Həmçinin Kanada, Mərakeş, Tunis, Qana və Avstraliyanın bu şansı isə 0,01-dir.
Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında Qətərdə baş tutacaq.