Almaniya çempionu bu futbolçusunu satmayacaq
27.12.2022 - 22:17
Almaniya çempionu bu futbolçusunu satmayacaq

"Bayern" müdafiəçisi Alfonso Deyvisin satışına veto qoyub.

Apasport.az xəbər verir ki, Münxen təmsilçisi 22 yaşlı oyunçunu komandanın liderlərindən hesab edir.

Klub futbolçu ilə 2025-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmağa hazırlaşır.

Qeyd edək ki, kanadalı futbolçu bu mövsüm indiki komandasının heyətində 21 oyun keçirib, 3 qol vurub, 3 qolun ötürməsini verib.

writer photo
Əlirza Əlirzalı
0