Argentina – Fransa: Çempion kim olacaq?
18.12.2022 - 12:08
DÇ-2022-nin bu gün keçiriləcək final - Argentina – Fransa görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları bu qarşılaşmada Lionel Messinin komandasını şanslı sayırlar.
Qətərdəki oyunda Cənubi Amerika təmsilçisinin qələbəsi 2,83, avropalıların uğuru 2,91 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,14 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0