Türkiyəli futbol eksperti Emre Can Demirci Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Slovakiya ilə bu gün keçirəcəyi III tur matçına proqnoz verib.
Apasport.az saytının məlumatına görə, komandaların ilk iki turdakı çıxışını təhlil edən mütəxəssis bir çoxlarından fərqli olaraq baxımlı oyun gözləyir.
Onun fikrincə, azarkeşlər budəfəki qarşılaşmada qollar izləyə biləcəklər:
Qazaxıstana məğlubiyyətdən sonra Slovakiyada baş məşqçi Ştefan Tarkoviç postundan qovuldu. Hələlik texniki zonada köməkçilər Marek Mintal və Samuel Slovak oturacaqlar. Ötən matçda zədələnən Milan Şkrinyar da Bakıya aparılmayıb.
Azərbaycan yığması isə Millətlər Liqasının ilk 180 dəqiqəsinə qol sığdıra bilmədi. Ancaq nəzərə alaq ki, hər iki matçı səfərdə keçirib. Düşünürəm ki, azərbaycanlılar bu dəfə daha çox təşəbbüsə yiyələnəcəklər.
Gözlənilməz məğlubiyyət və baş məşqçi dəyişikliyi Slovakiyanın oyununa mütləq təsir edəcək. Ancaq bunun mənfi, yoxsa müsbət təsirini indidən təxmin etmək çətindir. Qrupdakı ilk görüşlərlə müqayisədə bu dəfə daha çox qollu mübarizə izləyə bilərik.
Proqnozum: 2-3 qol.