Blatter: “İran dünya çempionatından kənarlaşdırılmalıdır”
11.11.2022 - 16:47
Blatter: “İran dünya çempionatından kənarlaşdırılmalıdır”

İran yığmasının Qətərdə keçiriləcək dünya çempionatına buraxılmasına qarşı çıxanlardan biri FIFA-nın sabiq prezidenti Zepp Blatterdir.

Apasport.az saytının məlumatına görə, isveçrəli keçmiş funksioner Asiya təmsilçisinin DÇ-2022-dən kənarlaşdırılmasının vacibliyini vurğulayıb.

Onun bu qənaətə gəlməsinə səbəb polis tərəfindən saxlanılan qadının ölümü ilə bağlı baş verən kütləvi etirazlardır: “İran dünya çempionatından kənarlaşdırılmalıdır. Əgər mən hələ də FIFA prezidenti olsaydım, şübhəsiz ki, İranı mundiala buraxmazdım”.

Qeyd edək ki, İran yığması DÇ-2022-də İngiltərə, ABŞ və Uelslə eyni qrupda yer alır. Komanda ilk oyununu noyabrın 21-də İngiltərəyə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0