“Çelsi”yə BÖYÜK MƏRC
09.03.2023 - 12:42
“Çelsi”yə BÖYÜK MƏRC

Çempionlar Liqasının bu həftə keçirilən oyunlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə. bukmeker kontorunda təkli kuponda 500 min rublluq (11 min 150 manat) qoyuluş qəbul olunub.

Müştəri “Çelsi”nin Dortmund “Borussiya”sı ilə görüşünə Fora1 (-1) proqnozu verib. Həmin an belə variantın əmsalı 2,20-yə bərabər olub.

Betterin bəxti hakimin mübahisəli qərarı ilə gətirib. Hesab 1:0 olarkən təyin olunan penaltini Kay Haverts qaçırsa da, referi zərbənin təkrarlanmasını istəyib. Bu da böyük müzakirə və mübahisələrə səbəb olub. Sevinən isə kontorun müştərisi olub. Alman futbolçunun dəqiq zərbəsi ilə “Çelsi” 2:0, proqnozsevər isə 1 milyon 100 milyon rubl (24 min 530 manat) udub.

writer photo
Əlirza Əlirzalı
0