"Sabah" Türkiyə klubu ilə qarşılaşa bilər
05.08.2024 - 16:20
"Sabah" Türkiyə klubu ilə qarşılaşa bilər

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Apasport.az xəbər verir ki, tədbir Nyonda təşkil olunub. 

"Sabah" pley-off mərhələsinə vəsiqəni təmin edəcəyi halda "İberia 1999" - "Başakşehir" cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, “Sent Patriks Atletik” -  "Sabah" matçı avqustun 8-də, cavab oyunu isə ayın 15-də gerçəkləşəcək. 

writer photo
Əlirza Əlirzalı
0