“Tottenhem”in hücumçusu Karri Keyn İngiltərə çempionatlarında 200-cü qoluna imza atıb.
Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın IV turunda “Nottingem Forest”lə səfər oyununda baş verib.
Qarşılaşmanın 5-ci dəqiqəsində hesabı açan Keyn bununla londonluların heyətində Premyer Liqadakı qollarının sayını 186-ya çatdırıb. O, həmçinin Çempionşipdə 9 (7-si “Milluoll”, 2-si “Lester”lə), Birinci liqada isə 5 (“Leyton Orient”lə) dəfə fərqlənib.
“Nottingem Forest”lə görüşün ikinci hissəsində daha bir qol vuran ulduz futbolçu komandasına 2:0 hesablı qələbə qazandırıb və ümumi qolların sayını 201-ə çatdırıb.
Qeyd edək ki, Harri Keyn bundan əvvəl İngiltərə Premyer Liqasında bir klubun heyətində ən çox qol vurma rekordunu yeniləyib.