Cənubi Koreya 1/8 finala çıxdı, Uruqvay və Qana qrupda qaldı - YENİLƏNİB
02.12.2022 - 21:04
Cənubi Koreya 1/8 finala çıxdı, Uruqvay və Qana qrupda qaldı - YENİLƏNİB

Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, öncə H qrupunda mübarizəyə yekun vurulub.

Ardıcıl iki qələbə ilə 1/8 finala vəsiqəni təmin edən Portuqaliya gözlənilmədən hesabda üstün olduğu görüşdə Cənubi Koreyaya uduzub. Uruqvay da Qanaya qalib gəlib xalları və top fərqini bərabərləşdirsə də, çox qol vuran asiyalılar pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün G qrupunda da son turun qarşılaşmaları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
H qrupu
III tur 
2 dekabr
19:00. Cənubi Koreya – Portuqaliya - 2:1
Qollar:
Kim Yanq-quan, 27, Hvanq Hi-çan, 90+1 – Rikardu Orta, 5
19:00. Qana – Uruqvay - 0:2
Qollar:
Şorşan de Araskaeta, 26, 32
Qolla nəticələnməyən penalti: Andre Ayu, 21

1

Portuqaliya

3

2

0

1

6-4

6

2

Cənubi Koreya

3

1

1

1

4-4

4

3

Uruqvay

3

1

1

1

2-2

4

4

Qana

3

1

0

2

5-7

3

writer photo
Əlirza Əlirzalı
0