Avtobusa hücum edildi: “Marsel”-“Lion” matçı təxirə salındı
30.10.2023 - 12:51
Avtobusa hücum edildi: “Marsel”-“Lion” matçı təxirə salındı

Fransa Liqa 1-in “Marsel” – “Lion” qarşılaşması qonaq komandanın avtobusuna edilən hücum səbəbindən təxirə salınıb.

Apasport.az xəbər verir ki, hadisə zamanı avtobusun şüşələri sınıb.

Nəticədə qonaq komandanın məşqçilər heyəti ciddi xəsarət alıb. Həkimlərin müdaxiləsindən sonra baş məşqçi Fabio Qrosso və köməkçisi Rafaele Lonqonun qanaxması dayandırılıb. Hər iki şəxs xəstəxanaya aparılıb. “Marsel”  klubunun rəhbərliyi hadisədən təəssüfləndiyini bildirərək oyunun ən qısa zamanda keçiriləcəyinə inandığını bildirib.

writer photo
Əlirza Əlirzalı
0