Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Serbiya ilə heç-heçə edən Kamerun yığması (3:3) tarixi antirekordun bir addımlığında dayanıb.
Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi mundiallarda ardıcıl 8 məğlubiyyətin ardından meydanı yenilmədən tərk edib.
Bununla Kamerun Meksikaya məxsus 9 matçlıq məğlubiyyət seriyasını təkrarlamaqdan qurtulub. Meksika millisi 1930-1958-ci illər aralığında dünya çempionatlarında keçirdiyi ardıcıl 9 qarşılaşmada rəqiblərinə boyun əyib. Kamerun isə son qalibiyyətini DÇ-2002-də Səudiyyə Ərəbistanı (1:0) ilə görüşdə əldə edib.
Həmçinin Kamerun yığmasının futbolçusu Nikolas Nkulu da mundiallarda ardıcıl 7 məğlubiyyətin ardından bərabərlik üzü görə bilib. Nkulu hazırda bu göstəriciyə görə hamını “qabaqlayır”.
Serbiya ilə bərabərliyə baxmayaraq, Kamerun yığması dünya çempionatlarında qələbəsiz oyunlar seriyasını davam etdirir. Son 9 görüşdə qalibiyyət görməyən kamerunlular Afrika antirekorduna bir addım da yaxınlaşıb. Hazırda antirekord 13 oyunluq qələbə həsrəti ilə Tunisə (1978-2018) məxsusdur.
Komanda |
Oyun sayı |
Məğlubiyyət sayı |
Meksika |
9 |
1930(3), 1950(3), 1954(2), 1958(1) |
Kamerun |
8 |
2002(1), 2010(3), 2014(3), 2022(1) |
İsveçrə |
7 |
1954(1), 1962(3), 1966(3) |
Salvador |
6 |
1970(3), 1982(3) |