Dünya argentinalı azarkeşin 7 il əvvəl yazdığı tvitdən danışır - FOTO
18.12.2022 - 22:58
Dünya argentinalı azarkeşin 7 il əvvəl yazdığı tvitdən danışır - FOTO

Argentinalı futbol azarkeşi Xose Miqel Polankonun 7 il əvvəl yazdığı tvit çoxlarının marağına səbəb olub.

Apasport.az xəbər verir ki, bu gün Qətərdəki finalı da izləyən Xose 2015-c ilin martın 21-də ingiliscə yazdığı tvitdə bu sözlər yazılıb:

"18 dekabr, 2022-ci il. 34 yaşlı Leo Messi dünya kubokunu qazanacaq və bütün dövrün ən böyük oyunçusu olacaq. 7 il sonra mənim bu postumu yoxlayın".

Qeyd edək ki, Argentina millisi bu gün 3-cü dəfə dünya çempionu olub və Lionel Messi turnirin ən yaxşı oyunçusu kimi 2-ci dəfə "Qızıl top" mükafatını qazanıb.

Səbuhi Musa

writer photo
Əlirza Əlirzalı
0